Türkiyədə zəlzələdə xəsarət alan 22 nəfər Azərbaycana gətirilib
Türkiyədə zəlzələ nəticəsində yaralanan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə Azərbaycanın tibb müəssisəsinə gətirilib. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.
Bu günə qədər 464 nəfər həmvətənlimiz və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Türkiyədə zəlzələdə ölənlərin sayı 29 605-ə çatıb, 80 278 nəfər yaralı var.
Nərgiz Camalzadə