Türkiyədə zəlzələ olub, xəsarət alanlar var 
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bir nəfər xəsarət alıb, evlərə ziyan dəyib. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər görüb, iki məscidin minarələri dağılıb.
Azad Mustafayev

