Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb, 6 nəfər ölüb
Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib. O, qeyd edib ki, terror aktını qadın törədib.
Nəticədə 6 nəfər ölüb. Yaralılardan 5-i reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib. Partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb.