Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb
Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə səslərin 99 faizindən çoxu hesablanıb.
Ölkə üzrə sandıqların 99,37 faizi açılıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir. AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib.
Azad Mustafayev