Türkiyədə klub prezidentinin döydüyü hakim Superliqa oyununa təyinat alıb
Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler Superliqanın XX turuna təyinat alıb. 37 yaşlı ədalət təmsilçisi "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək. Yanvarın 14-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Xatırladaq ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Fərid Mehdiyev