Türkiyədə güclü zəlzələ olub, ölənlər və yaralılar var

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7.4 maqnitudalı zəlzələ olub. Qaziantep şəhərində isə ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Diyarbəkir, Adıyaman, Şanlıurfada hiss olunub. Şanlıurfa şəhərinin valisi Salih Ayhanın sözlərinə görə, 15 vətəndaş ölüb, 16 bina dağılıb. Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz isə 5 nəfərin həlak olduğunu və 34 binanın dağıldığını açıqlayıb. Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb. Bu barədə şəhərin valisi Hulusi Şahin deyib. Daxili işlər naziri Süleyman Soylu deyib ki, zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib və bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik