Türkiyədə Fransanın Azərbaycanla bağlı mövqeyinə etiraz olaraq aksiya keçiriləcək
Türkiyənin vətəndaş cəmiyyət institutları Fransanın Azərbaycanla bağlı nümayiş etdirdiyi mövqeyə etiraz olaraq aksiya keçirəcəklər. Bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviterdə yazıb. Onun sözlərinə görə, nümayiş Fransanın Ankaradakı səfirliyinin binası qarşısında baş tutacaq və rəsmi Parisin Ermənistan və Yunanıstanı Azərbaycan və Türkiyəyə qarşı təhrik etməsi qınanılacaq.