Türkiyədə Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb
Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb. Bununla belə, İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərlər ilə neftin nəqli davam etdirilir. Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.
Vüsalə Cənnətova