Türkiyə XİN Azərbaycanı təbrik edib
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. “Parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək” - məlumatda qeyd olunub.
Azad Mustafayev