Türkiyə Prezidentinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop məlumat verib. O, Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyinin irəli sürüldüyünü deyib.