Azərbaycan xalqı könüllü olaraq qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Zəlzələ ilə əlaqədar olaraq Türkiyənin ölkəmizdəki səfirliyində səfir Cahit Bağçı ilə söhbət zamanı Prezident İlham Əliyev Heydər Əliyev Fondu, özəl şirkətlər, dövlət qurumlarının yardım kampaniyasına qoşulduğunu vurğulayıb. "Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var" - deyə dövlət başçısı vurğulayıb.