Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib. "Can Azərbaycandan tam dəstək! Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi matçı həvəslə izləyib, Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!", - deyə paylaşımda bildirilib.
Vüsalə Cənnətova