Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb
Futbol üzrə Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb. 1/4 finalda İstanbul təmsilçilərindən "Fənərbağça" "Kayserispor"la, "Qalatasaray" isə "Başakşehir"lə üz-üzə gələcək. Son ölkə çempionu "Trabzonspor" "Ankaragücü"nu sınağa çəkəcəksə, "Sivasspor" "Qaziantep" səddini keçməyə çalışacaq. Yarımfinalda "Fənərbağça" - "Kayserispor" cütünün qalibi "Sivasspor" - "Qaziantep", "Qalatasaray" - "Başakşehir" matçının qalibi isə "Ankaragücü" - "Trabzonspor" cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək. 1/4 final qarşılaşmaları bir, yarımfinallar isə iki oyundan ibarət olacaq.