Türkiyə "Beşiktaş"ı baş məşqçisi ilə vidalaşır
Türkiyə "Beşiktaş"ı baş məşqçisi Valeryen İsmael ilə vidalaşır. Buna səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidir. "Qara qartallar" son 5 qarşılaşmada cəmi 1 qələbə qazanıb. Anlaşmaya əsasən, fransalı mütəxəssis mövsümün sonunadək ona ödənilməli olan məvacibin yarısını alacaq. Bu məbləğ isə təqribən 450 000 avro təşkil edir.