TÜRK PA müşahidə missiyası: “Azərbaycanda seçkilər uğurla keçirilib”
"Türkdilli Dövlətlərin Parlament Assambleyasının müşahidə missiyası hesab edir ki, Azərbaycanda seçkilər uğurla keçirilib”. Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zembilci seçkinin nəticələri ilə bağlı mətbuat konfransında deyib. O, seçkiöncəsi hazırlıq prosesinin də standartlara uyğun olduğu qənaətinə gəldiklərini söyləyib.
Zülfiyyə Telmanqızı