Turizmlə bağlı iki yeni fəaliyyət mexanizmi hazırlanıb
2020-01-15 18:04
Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin artırılmasına dəstək verəcək iki yeni fəaliyyət mexanizmi hazırlanıb. Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyevin sözlərinə görə, əsas məqsəd turizm agentliklərinin vahid platformasını yaratmaq, turizm şirkətləri ilə dövlət arasında əməkdaşlığın effektiv qurulmasına və inkişafına nail olmaq, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini yüksəltməkdir.
Fərid Mehdiyev