"Turan Tovuz" müdafiəçisi ilə vidalaşıb
"Turan Tovuz" klubu müdafiəçi Şəhriyar Əliyev ilə yollarını ayırıb.Klubdan verilən məlumata görə, müddəti başa çatan müqavilə yenilənməyib. Təcrübəli futbolçu 2022/2023 mövsümündən etibarən Tovuz təmsilçisinin formasını geyinirdi.
09 iyun 2026

