"Turan Tovuz" "Kəpəz"i qəbul edəcək
Azərbaycan Premyer Liqasının XXII turunda bu gün daha iki oyun keçiriləcək. Günün ilk matçı saat 14:00-da Tovuzda baş tutacaq. Hazırda 20 xalla 6-cı pillədə olan "Turan Tovuz" qərb derbisində özündən 6 xal az toplayan və 9-cu sırada qərarlaşan "Kəpəz"i qəbul edəcək. Günün son görüşündə isə ilk iki pillədə yer alan "Qarabağ" və "Sabah" klubları qarşılaşacaqlar. Hazırda Ağdam təmsilçisi 57 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 52 xalla son ölkə çempionunun ən yaxın izləyicisidir. Matç saat 17:00-da start götürəcək.
Vüsalə Cənnətova