"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fondunun bərpasına yönəldiləcək
Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşmaya əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.Toplanan vəsait işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” oyunu saat 20:00-da başlayacaq.
28 sentyabr 2026

