"Turan-Tovuz" avrokuboklara düşsə, ev oyunlarını Tovuzda keçirmək istəyir
Misli Premyer Liqasının XXVII turunda "Turan-Tovuz" "Sumqayıt" üzərində 2:1 hesablı qələbə qazanıb. Komandanın baş məşqçisi Kurban Berdıyev matçdan sonra mətbuat konfrasında bildirib ki, bu qələbə çox vacib idi və futbolçular oyunun əvvəlində həyəcanlı olsalar da, nəticəni təmin edə biliblər.O, həmçinin qeyd edib ki, komanda avrokuboklara vəsiqə qazansa, oyunlarını doğma meydanda keçirməyi hədəfləyir.
13 aprel 2026

