"Turan Tovuz" Antalya toplanışını qələbə ilə başa vurub
"Turan Tovuz" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını qələbə ilə başa vurub. Tovuz təmsilçisi son yoxlama oyununda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.