Transmilli kibercinayətkarların işi Azərbaycan məhkəməsində
Transmilli mütəşəkkil kiber cinayətkar dəstənin DTX tərəfindən aşkar edilib, Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub. İttihamdan aydın olur ki, Sekrieru və dəstənin digər üzvləri Azərbaycan banklarının kompüter sistemlərinə daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri barədə məlumatları ələ keçiriblər. Bundan sonra Bakı və Sumqayıtda internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pulları götürərək ölkəni tərk ediblər.
Vüsalə Cənnətova