Tramp və Paşinyan TRIPP layihəsinin başladıldığını elan ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Ermənistan ərazisindən keçən TRIPP layihəsinə start veriblər.Paşinyan öz "Facebook" hesabında paylaşımında bildirib ki, liderlər videomüraciətlə çıxış edərək layihənin başlanmasını elan ediblər.O, qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni mərhələnin və uzunmüddətli sülhün əsasını qoyub. Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
23 noyabr 2026

