Tramp: Sutka ərzində Hörmüz vasitəsilə rekord həcmdə - 19 milyon barel neft nəql edilib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, son sutka ərzində Hörmüz boğazı vasitəsilə 19 milyon barel neft nəql edilib və bu, rekord göstəricidir. O, neft qiymətlərinin sürətlə ucuzlaşdığını və dünyanın daha təhlükəsiz olduğunu qeyd edib.Tramp həmçinin İranın nüvə proqramı üzrə uzunmüddətli perspektivdə ən yüksək səviyyədə beynəlxalq təftişlərin aparılmasına tam və qeyd-şərtsiz razılıq verdiyini açıqlayıb.ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşmalar fonunda Hörmüz boğazının açıq saxlanılması və gələcək dəniz blokadasından imtina barədə qərar qəbul olunub. Bununla yanaşı, Tramp bildirib ki, ABŞ tərəfindən İrana ayrılacaq vəsaitlər Vaşinqtonun nəzarətində olan xüsusi hesabda saxlanılacaq və yalnız ərzaq və tibbi məhsulların alınmasına yönəldiləcək.ABŞ Prezidenti əlavə edib ki, İranla danışıqlar müsbət məcrada davam edir. Bu arada, İran və Oman Hörmüz boğazında gəmiçilik qaydalarını müzakirə etmək üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

23 iyun 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik