Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağına ümid etdiyini bildirib. O, Ağ Evdə keçirilən tədbirdə İranın razılaşma istədiyini və tərəflərin “yorulduğunu” deyib. Tramp nüvə məsələsinin də “tez və nəzakətli” şəkildə həll olunacağını vurğulayıb.ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə İranla qarşıdurmanın ABŞ üçün yeni “əbədi müharibəyə” çevrilməyəcəyini bildirib.11 həftə davam edən münaqişənin böyük hissəsi artıq atəşkəs mərhələsinə keçib və ABŞ əməliyyatları bitirib geri çəkilməyi planlaşdırır.
20 may 2026

