Tramp: İranla danışıqlar çox yaxşı keçir
İranla danışıqlar çox yaxşı inkişaf edir. "Al Jazeera" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. O, danışıqları yüksək qiymətləndirərək onları "çox yaxşı görüşlər" adlandırıb. Trampın sözlərinə görə, İran davam edən dialoq çərçivəsində uzun yol qət edib: "Ötən həftə biz onlara çox güclü zərbə endirdik",- o deyib. Tramp danışıqların əsas məsələsindən bəhs edib: "Bu, çox sadə məsələdir və İran nüvə silahına malik ola bilməz".
01 iyul 2026

