Canlı
Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı

2018-03-13 / 08:39

ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması ilə bağlı tətbiq olunan sanksiyaların müddətini bir il uzatdı. Bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Qeyd olunur ki, müddətin uzadılması Tehrandan İranın nüvə proqramı haqqında sazişin reallaşdırılmasından sonra götürülən sanksiyalara aid deyil.

Vəfa Şairova