Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının məhv ediləcəyinə əmindir
ABŞ ordusu İranın cənubunda bir neçə hədəfə zərbə endirib.Bu barədə ABŞ Mərkəzi Komandanlığından bildirilib.Hədəflər arasında raket buraxılış məntəqələri və mina yerləşdirməyə cəhd göstərən İran qayıqları olub.Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının ya ABŞ-yə göndəriləcəyini, ya da İran və ya başqa uyğun ərazidə məhv ediləcəyini açıqlayıb.Tramp bildirib ki, proses İranla razılaşma əsasında həyata keçirilə bilər və beynəlxalq müşahidəçi qurumun nəzarəti altında aparılmalıdır.
26 may 2026

