Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini özünün “Truth Social” səhifəsində paylaşıb.Tramp müsahibəni “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə yayımlayıb.Hikmət Hacıyev müsahibəsində Trampın Azərbaycan-Ermənistan sülh prosesində rolundan danışıb. O, 8 avqust 2025-ci ildə Ağ Evdə İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə keçirilən görüşü tarixi məqam adlandırıb.Hacıyev həmçinin bildirib ki, Tramp və İlham Əliyev ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni dövrün əsasını qoyublar.
23 sentyabr 2026

