Tramp Hörmüz boğazını asanlıqla aça biləcəklərini bildirib
Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin heç bir çətinlik çəkmədən Hörmüz boğazının açılmasını təmin edə biləcəyini bildirib.O, "Truth Social"da yazıb."Bir az əlavə vaxtla biz Hörmüz boğazını asanlıqla aça, nefti götürə və sərvət qazana bilərik. Bu, bütün dünya üçün əsl "qızıl mədəni" olacaq???", - o yazıb.ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri və bəzi yüksək vəzifəli şəxslər həlak olub. Bundan sonra İran İsrailə, həmçinin ABŞ və müttəfiqlərinin regiondakı hərbi bazalarına zərbələr endirib.
03 aprel 2026

