Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb
ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniya ştatından olan Aleksandr Oldenin namizədliyini irəli sürüb. Ağ Ev tərəfindən təqdim olunan sənəd ABŞ Senatına göndərilib və təsdiq olunarsa, Olden Bakıdakı diplomatik missiyaya rəhbərlik edəcək.Hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinə müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir. Bundan əvvəl isə səfir postunu Mark Libbi tutub.

