Canlı
Tramp Şimali Koreyaya səfər dəvətini qəbul edib

2018-06-13 / 09:11

Birləşmiş Ştatlar prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inın Pxenyana səfər etməklə bağlı dəvətini qəbul edib, öz növbəsində o da, ABŞ-a getməyə razılıq verib. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. "Kim Çen In Trampı uyğun vaxtda Pxenyana səfərə dəvət edib, Tramp isə Kim Çen Inı ABŞ-a dəvət edib. Hər iki lider bir-birinin dəvətini məmnuniyyətlə qəbul edib", — deyə məlumatda bildirilir.

Vəfa Şairova