"Traktor" İran kubokunun qalibi olub
2020-09-04 10:09
Futbol üzrə İran kubokunun qalibi müəyyənləşib. Tehrandakı "Azadi" stadionunda baş tutan finalda yerli komanda "İstiqlal"la "Traktor" üz-üzə gəlib. Təbriz klubu ilk hissədə 3 cavabsız qolla önə keçib. Son nəticədə isə "Traktor" 3:2 hesablı qələbə ilə İran kubokunun sahibi olub.
Fərid Mehdiyev