Toğanalı-Kəlbəcər-İstisu yolunun və Murovdağ tunelinin inşası davam etdirilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri olan 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası davam etdirilir. 11600 metr uzunluğa malik olacaq Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə 2673 metr, sağ istiqamət üzrə isə 2818 metr qazma və püskürtmə işləri aparılıb. Yolun Kəlbəcər-İstisu hissəsində ərazinin təmizlənməsi və qazma işlərinə başlanılıb. Layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədi ilə əraziyə lazımi sayda qüvvə cəlb olunub.