Toyda kütləvi zəhərlənmə olub
Şamaxının Məlikçobanlı kəndində toyda 21 nəfər qidadan zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri qənaətbəxş hesab olunur və bir hissəsi artıq evə buraxılıb. Zəhərlənənlərdən 10-u qadın, 7-si uşaqdır. İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanan məhsulların istehlakı nəticəsində baş verib. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev