2021-06-22 12:08
İyulun 1-dən ölkədə toy, nişan, ad günləri və s. mərasimlərin keçirilməsinə icazə verilib. Nazirlər Kabinetinin qərarına əsasən, məclislərdə qonaqların sayı 150 nəfərdən çox olmamalıdır. 50 nəfərə qədər şəxsin iştirak edəcəyi mərasimlərdə maskadan istifadə məcburidir və COVID-19 pasportu tələb olunmur. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan məclislərdə isə yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19 pasportu olmalıdır və maskadan istifadə məcburi deyil. Şənlik keçirilən məkanın sahibi tədbir zalları, onların tutumu və işçi heyət barədə, habelə mərasimə ən azı 5 gün qalmış məclisin tarixi, başlama və gecə saat 12-dən gec olmayaraq bitmə vaxtı, qonaq sayı barədə məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. Mərasimlər zamanı karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik və məkan sahibləri arasında iltizamnamə imzalanaraq “icaze.e-gov.az” portalına daxil edilməlidir.
Vüsalə camal