Toy karvanında və “Son zəng”də avtoxuliqanlıq edən sürücülər saxlanılıb
2021-06-23 12:12
Şəmkirdə toy karvanında və “Son zəng” tədbirində avtoxuliqanlıq edən sürücülər saxlanılıb. Rayon sakini Arzuman Nağdəliyev “VAZ” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə qəza törədib və sosial şəbəkələrdə paylaşıb. “Son zəng” tədbirində də “VAZ” markalı avtomobil ilə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə sürücü də polis əməkdaşalrı tərəfindən saxlanılıb. Hər iki sürücü barəsində protokol tərtib edilib.
Vüsalə camal