Tovuzun Ağdam kəndində düşmən təxribatı zamanı zərər çəkən evlər və sosial obyektlər yenilənir
2020-10-01 14:05
Ermənistanın iyul təxribatı zamanı Tovuzun müxtəlif kəndlərində dinc əhaliyə məxsus 35 ev və yardımçı tikili, habelə vətəndaşların şəxsi əmlakına və əkin sahələrinə müxtəlif dərəcədə ziyan dəyib. İntensiv atəş nəticəsində dövlət əmlakı da zərər çəkib. Bu, əsasən kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. Dəyən ziyanın aradan qaldırılması üçün ardıcıl tədbirlər görülür. Düşmən təxribatı zamanı daha çox zərər çəkən Ağdam kəndində evlər və sosial obyektlər yenilənir. Təzə evlə təmin ediləcək olanlardan biri də Zərnişan Gözəlovadır.
Nərgiz Camal