Tovuzdan Gəncəyə toya gələn şəxsin evə oğurluq maşınla qayıtma arzusu yarım qalıb
2021-04-19 12:05
Gəncə şəhər Baş Polis İdarəsi 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz sakini Fikrət Aydınov saxlanılıb. Şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi, daha sonra Tovuza qayıdarkən avtomobil qaçırdığı məlum olub. F. Aydınov Şəmkirdə saxlanılaraq istintaqa təhvil verilib.
Vüsalə camal