Tovuzda zəncirvari qəza olub, yaralılar var
Tovuzun Səməd Vurgun küçəsində, avtomobil keçidində zəncirvari yol nəqliyyat hadisəsi qeydə alınıb. Yeraltı keçidlə hərəkətdə olan "Toyota", "VAZ 2106" və "VAZ 2109" toqquşub. İki nəfər rayon sakini - 47 yaşlı Mehriban Alıyeva və 35 yaşlı Vasif Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Rayon Mərkəzi xəstəxanasına çatdırıblarlar. Vəziyyətləri orta-ağırdır.
Nərgiz Camalzadə