Tovuzda zəncirvari avtomobil qəzası olub, iki nəfər xəsarət alıb
Tovuz rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Hadisə "ASAN Xidmət" Mərkəzinin yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 1957-ci il təvəllüdlü T.Əmiraslanov və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.