Canlı
Tovuzda restorandan səsgücləndirici oğurlayan şəxs saxlanıldı

2018-12-05 / 13:50

Tovuzda oğurluq faktının üstü açılıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də rayon ərazisindəki şadlıq saraylarının birindən 6000 manat dəyərində səsgücləndirici oğurlamaqda şübhəli bilinən Abulbəyli kənd sakini Cavid Cəfərov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə