Tovuzda qəza olub, bir ailənin 5 üzvü yaralanıb
2021-03-26 18:05
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax magistral yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. "Hyundai Tucson" markalı maşın idarəetmənin itirilməsi nəticəsində aşıb. Avtomobildə olan 5 nəfər – 21 yaşlı Aytac Məmmədova, 70 yaşlı Şöhlə Hüseynova, 20 yaşlı Qorxmaz Məmmədov, 48 yaşlı Lalə Məmmədova, 52 yaşlı Qahirə Qəmbərova xəsarət alıb. Yaralılar bir ailənin üzvləridir. Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti kafi qiymətləndirilir.
Nərgiz Camal