Tovuzda qəza olub, bir ailənin üzvləri yaralanıblar
2020-09-03 10:07
Tovuzun Aşağı Əyyublu kəndində iki minik maşını toqquşub. Nəticədə 50 yaşlı Sultan Nağıyev, 40 yaşlı Rəna Nağıyeva və onun övladları - 2 yaşlı Elmir və 4 yaşlı Elnur xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymərləndirilir.
Nərgiz Camal