Tovuzda qəza 3 ölü 3 yaralı

2019-08-09 11:58

Tovuzda üç maşının toqquşmasıilə qeydə alınan zəncirvari qəzada 3 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Şəhərin girəcəyində baş verən hadisə nəticəsində yaralananlar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Cinayət Məcəlləsinin Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi açılıb.

Ruhəngiz Hacızadə