Tovuzda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub
2021-03-24 18:07
Tovuzda qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələri sökülərək oğurlanıb. Polis əməli törətməkdə şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyevi saxlayıb. Fakt üzrə araşdırmalar davam edir.
Vüsalə Camal