Canlı
Tovuzda piyadanı avtomobil vurub

2018-06-13 / 18:09

Tovuzda piyadanı avtomobil vurub. Hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. “Opel” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 43 yaşlı Svetlana Mustafayevanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüsalə Camal