Tovuzda piyada qəzanın qurbanı oldu
2020-09-22 10:07
Tovuzun Aşağı Quşçu kəndində qəza olub. Yolu keçmək istəyən 29 yaşlı İxtiyar Vəliyevi naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü hadisədən sonra ərazidən yayınıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev