Tovuzda narkokuryerlər saxlanılıblar
2021-03-09 10:06
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Həsənov tanışı Asəf Qazıyevlə birlikdə sonuncuya məxsus “Toyota” markalı avtomobillə rayonun Əlimərdanlı kəndinə gələrək orada ölkə ərazisinə qeyri-qanuni yolla keçirilərək gizlədilən narkotik vasitəni götürüb getmək istən zaman yaxalanıb. Saxlanılan şəxslərin avtomobilinə baxış keçirilən zaman müxtəlif sellofan torbalarda “heroin”, “metamfetamin” və marixuana aşkar edilərək götürülüb. Onlar əcnəbi vətəndaşla narkotik maddəni Bakıya 1000 manat müqabilində aparmaq barədə razılığa gəldiklərini bildiriblər.
Nərgiz camal