Tovuzda nəvə nənəsinin evindən oğurluq edib

2019-07-08 12:25

Tovuz rayon Polis Şöbəsinə müraciət edən Qədirli kənd sakini qadın evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova